Tariq Ahmad: “Azərbaycanın qonşuları ilə əlaqələri regionda diplomatiya üçün imkan yaradır”

Tariq Ahmad: “Azərbaycanın qonşuları ilə əlaqələri regionda diplomatiya üçün imkan yaradır”

Azərbaycanın qonşuları ilə əlaqələri regionda diplomatiya üçün imkan yaradır.

Bunu Birləşmiş Krallığın Lordlar Palatasının, Beynəlxalq Əlaqələr və Müdafiə Komitəsinin üzvü Tariq Ahmad Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qərbi Asiyanın Qafqazla qovuşduğu tam sərhəd nöqtəsidir və o, bu bölgədə mühüm rol oynayır: “Lakin Yaxın Şərqdə baş verənlər yalnız bu regionda qalmır. Bu proses bu ilin fevral ayından bəri davam edir. Bu münaqişənin qlobal təsiri hər kəsin üzləşdiyi məsələdir. Əgər hazırda dünya miqyasında baxsaq, müharibə və münaqişəni necə tərif etməyinizdən asılı olaraq, hazırda 60-dan 100-ə qədər müharibə və münaqişə cərəyan edir. Ermənistanla Azərbaycan arasında məkik diplomatiyası apararaq, hətta bu məsələnin həll olunmasında rol oynamış və buna bir ömür sərf etmiş biri kimi deməliyəm ki, həmin məsələnin həll olunması sevindirici haldır”.

Report.