Marko Rubio 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyəti ilə Özbəkistana gedəcək

Marko Rubio 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyəti ilə Özbəkistana gedəcək

ABŞ-nin Dövlət katibi Marko Rubio oktyabrın ortalarında Özbəkistana səfər edəcək.

Dövlət katibi 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyətinə rəhbərlik edəcək.

Səfər ABŞ və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın inkişafına, eləcə də diplomatik və ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Səfər zamanı Rubio Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın XİN rəhbərləri ilə birlikdə “C5+1” formatında xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Report.