Yusif Abdullayev: “TDT ölkələri çoxtərəfli platformalardan fəal istifadə etməlidir”

Yusif Abdullayev: “TDT ölkələri çoxtərəfli platformalardan fəal istifadə etməlidir”

Azərbaycan daxil olmaqla, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün mövcud çoxtərəfli platformalardan daha fəal istifadə etməlidir.

Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

Onun sözlərinə görə, ölkələr arasında investisiyalar uğrunda rəqabətə baxmayaraq, investisiya agentlikləri bundan birgə layihələri stimullaşdırmaq üçün istifadə etməlidirlər: “Bəzi hallarda biz rəqibik. Lakin düşünürəm ki, layihələri birlikdə həyata keçirməyə, ikitərəfli və çoxtərəfli platformalarımızdan istifadə etməyə stimullaşdıracaq şəkildə rəqabət aparmalıyıq”.

Y.Abdullayev, bu kontekstdə TDT-nin əhəmiyyətini qeyd edərək, onun imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Report.