Lənkəranda üç yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qismət Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.
Qafqazinfo.