ITFC: Qida və enerji təhlükəsizliyi fəaliyyətimizin 2 əsas istiqamətidir

ITFC: Qida və enerji təhlükəsizliyi fəaliyyətimizin 2 əsas istiqamətidir

İslam İnkişaf Bankı qida və enerji təhlükəsizliyi üçün çoxillik maliyyələşmə proqramları həyata keçirir.

Bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Özəl Sektor üzrə Böyük Meneceri Hojamurod Hojaev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, KOB-lara dəstək müxtəlif formaları ola bilər: “Qida və enerji təhlükəsizliyi fəaliyyətimizin iki əsas istiqamətidir. KOB-lara dəstək çərçivəsində onlar üçün müxtəlif həllər təqdim edirik. Bu, fondlaşdırılmış və yaxud fondlaşdırılmamış maliyyələşmə, idxalın maliyyələşdirilməsi, ixracın maliyyələşdirilməsi və ya strukturlaşdırılmış ticarət maliyyəsi həlləri ola bilər. Qida təhlükəsizliyi və enerji təhlükəsizliyi proqramlarına gəldikdə, bu sahədə adətən hökumətlərlə işləyirik və növbəti 3 və yaxud 5 ili əhatə edən çoxillik çərçivə sazişləri imzalayırıq. Bu sazişlər idxaldan asılı olan üzv ölkələrimizə milli inkişaf strategiyalarına uyğun olaraq maliyyələşməni təmin etməyə kömək edir. Bu vəsaitlər adətən strateji malların və ya strateji məhsulların idxalını təmin etmək və bununla da həmin üzv ölkələrdə enerji və qida təhlükəsizliyini dəstəkləmək üçün yönəldilir”.

Report.