“130 min hektarda müasir suvarma tətbiq olunur” – Nazir aqrar sektordakı yenilikləri açıqladı

“130 min hektarda müasir suvarma tətbiq olunur”  – Nazir aqrar sektordakı yenilikləri açıqladı

“Qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirindəki dəyişikliklər və əhalinin artımı kənd təsərrüfatında yeni yanaşmaları son dərəcə vacib edir”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Aqrobiznesdə innovasiya və texnoloji inkişaf” sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsəd sadəcə daha çox istehsal etmək deyil, mövcud resurslardan gündəlik əsasda daha səmərəli istifadə etməklə daha məhsuldar, davamlı və daha yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sistemini və məhsullarını formalaşdırmaqdır:

“Azərbaycan kənd təsərrüfatı sektorunun inkişafına məhz bu rakursdan yanaşır. Azərbaycanın kənd təsərrüfatı sektoru əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Bu gün biz fındıq, xurma, şaftalı və nektarin, eləcə də son bir neçə ildə çiyələk, gilas, pomidor və pambıq lifi kimi məhsulların aparıcı qlobal istehsalçıları və ixracatçıları sırasında yer almışıq”.

Nazir həmçinin bildirib ki, su səmərəliliyi Azərbaycan üçün xüsusilə vacibdir. O qeyd edib ki, hazırda təxminən 130 000 hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur.

Günel İbrahimova

 

Qafqazinfo.