“Ford” ağaca çırpıldı – Xəsarət alanlar var

“Ford” ağaca çırpıldı  – Xəsarət alanlar var

Ağstafa rayonunda yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb.

Belə ki, “Ford” tranzit markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza zamanı dörd nəfər xəsarət alıb.

Yaralılardan Alı Allyev, Bəsti Alıyeva və Ağgöl kənd sakinləri olan daha iki nəfər Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətləri orta-ağırdır.

Adıçəkilən şəxslər əkin sahəsində çalışanlar olub.

Yunis Quliyev

Qafqazinfo.