Azərbaycan “Carlsberg Group” ilə pivə sənayesində tənzimləmə mexanizmlərini müzakirə edib

Azərbaycan “Carlsberg Group” şirkəti ilə pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini müzakirə edib.

Bu barədə Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu müzakirələr ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşdə aparılıb.

Nazir görüşdə “Carlsberg Group”la əməkdaşlığın inkişaf istiqamətlərini, 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlərini müzakirə edib.

Report.