Çin texnologiya və mütəxəssis mübadiləsinə daha çox önəm verir.
Bunu Honq Konq Elm və Texnologiya Universitetinin Makro-maliyyə və Geoiqtisadiyyat Mərkəzinin sədri Keyu Jin Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Çin modelini “dünyanın fabriki” kimi qəbul etmək yanlış olardı: “Bu model artıq inkişaf edir. Çin texnologiyasını davamlı şəkildə bölüşmədən, yerli səviyyədə işçi qüvvəsi cəlb etmədən, yeni iş yerləri yaratmaq üçün yerli layihələr həyata keçirmədən və yerli investisiyalar qoymadan bütün dünyaya məhsul ixrac edə bilməzsiniz. Beləliklə, ticarət öhdəliklərinin istiqaməti dəyişəcək. Çin çox yaxşı dərk edir ki, ən son texnologiyalarının bir hissəsini bölüşməli və bu ölkələrə müsbət təsir göstərməlidir. Bu da prosesin “dünyanın fabriki” mərhələsindən bilik, təcrübə və mütəxəssis mübadiləsi mərhələsinə keçdiyini göstərir”.