Bu yerlərə yağış yağır – Faktiki hava

Bu yerlərə yağış yağır  – Faktiki hava

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.

Qafqazinfo.