Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Müzakirələr II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə keçirilən görüşdə baş tutub.
Görüşdə həmçinin Azərbaycan ilə Çin arasında qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanın investisiya potensialı, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi, yeni investisiya təşəbbüslərinin reallaşdırılması və birgə layihələrin təşviqi istiqamətində mövcud imkanları nəzərdən keçiriblər.