Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib

Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran İranın ali liderinin, alimlərinin və hərbi komandirlərinin qətlindən sonra belə Vaşinqtonla danışıqlar yolu ilə razılaşmaya nail olmaq istəyini saxlayır.

Pezeşkian bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Müzakirə olunan və danışıqlar aparılan məsələlər beynəlxalq hüquq çərçivəsindədir və beynəlxalq hüquqa əsasən, haqqımız olan şeylərdir. Biz heç vaxt bundan artığını istəməmişik. Bu təmələ əsaslanaraq qarşı tərəf razılaşarsa, saziş əldə etməyə çalışırıq”, – o bildirib.

Pezeşkian İslamabad memorandumunu xatırladaraq razılaşma əldə olunduğunu, lakin ABŞ-nin hücumları bərpa etdiyini xatırladıb:

“Çərçivə razılaşdırılmışdı. Biz Hörmüz boğazını bağlamamışdıq, o, açıq idi, lakin heç bir hüquqi əsas və ya çərçivə olmadan bizə hücum etdilər. Möhtərəm ali liderimizi, alimlərimizi, hərbi komandirlərimizi qətlə yetirdilər və şəhid etdilər”.

Report.