Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək barəsində yayılan istefa iddialarını təkzib edib.
Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, istefa iddialarının həqiqəti əks etdirmədiyini bildirib:
“Şəxsimlə bağlı yayılan istefa iddiaları əsassızdır”.
Nazir sözügedən iddiaları Türkiyənin iqtisadi sabitliyini hədəf alan spekulyativ xəbər kimi şərh edib.
Report.