Maka Boçorişvili Azərbaycan-Ermənistan sülh prosesindən danışdı

Maka Boçorişvili Azərbaycan-Ermənistan sülh prosesindən danışdı

“Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan son irəliləyişlər hər iki ölkə ilə yanaşı, bütövlükdə Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir”.

Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili BMT-nin Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasının iclasındakı çıxışı zamanı bəyan edib:

“Daha dinc, sabit və proqnozlaşdırıla bilən Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya axını, tərəfdaşlıq və regional kommunikasiyaların güclənməsi üçün geniş imkanlar açacaq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadi tərəqqisinə mühüm töhfə vermək iqtidarındadır”.

Qafqazinfo.