Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqələndirmə İclasında çıxış edib.
Bu barədə Azərbaycan XİN özünün rəsmi “X” hesabında məlumat yayıb.
İclasdakı çıxışı zamanı nazir Ceyhun Bayramov İƏT-in yeni Baş katibi İsmayıl Uld Şeyx Əhmədi vəzifəyə başlaması münasibətilə təbrik edib. XİN rəhbəri dünyada artan islamofobiya təzahürlərinə qarşı vahid həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlət müstəqilliyinə verdiyi dəyişməz dəstəyi bir daha bəyan edib.
C. Bayramov regionda dərinləşən hərbi münaqişələrdən ciddi narahatlığını ifadə edərək, beynəlxalq aləmdə və müxtəlif regionlarda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılığa qarşı İƏT çərçivəsində birgə fəaliyyətin və diplomatik səylərin gücləndirilməsinə çağırıb.
Diplomat, həmçinin 2027-ci ildə Azərbaycanda təşkil olunacaq İƏT Sammitinə ev sahibliyi çərçivəsində həyata keçirilən institusional hazırlıq işləri barədə iclas iştirakçılarını məlumatlandırıb.
Foreign Minister @Bayramov_Jeyhun addressed the @OIC_OCI Coordination Meeting.
The Minister congratulated incoming OIC Secretary-General Ismail Ould Cheikh Ahmed, emphasized solidarity against rising Islamophobia, and reaffirmed Azerbaijan’s support for Palestine’s statehood.… pic.twitter.com/mmo1qRcL6O
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) September 24, 2026