Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb

Türkiyənin Antalya şəhərində tur avtobusu, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 17 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarm və polis əməkdaşları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Report.