Əraqçi iordaniyalı həmkarı ilə görüşdə ABŞ bazalarının yaratdığı təhlükədən danışıb

Əraqçi iordaniyalı həmkarı ilə görüşdə ABŞ bazalarının yaratdığı təhlükədən danışıb

İran bütün region ölkələrinin suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşır, lakin bəzi dövlətlər ABŞ ilə İsrailin İslam Respublikasına hücumu üçün istifadə olunur.

Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iordaniyalı həmkarı Əymən Əs-Səfadi ilə görüşdə deyib.

“İran regiondakı bütün dövlətlərin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan prinsipial mövqeyə sahibdir, lakin bəzi ölkələrin əraziləri Amerika və İsrailin hərbi təcavüzünün hazırlanması və həyata keçirilməsi üçün məkana çevrilir”, – Əraqçiqeyd edib və bunun təəssüf doğurduğunu bildirib.

Onun sözlərinə görə, İran daxili təhlükəsizlik mexanizmləri barədə etimadı və əməkdaşlığı gücləndirmək məqsədilə regionun bütün ölkələri ilə qarşılıqlı əlaqəyə hazırdır.

Report.