Türkiyə-Yunanıstan münasibətləri seçki materialı edilməyəcək qədər həssas və mühümdür.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə bildirib.
“Onsuz da Yunanıstanın və ya digər qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər; bunlar bizim məsələmiz deyil”, – o deyib.
Ərdoğan qeyd edib ki, əsas məsələ Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülh və sükunətin qorunmasıdır: “Bunu ilk növbədə çox aydın şəkildə demək istəyirəm; Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir.