NATO Baş katibi Mark Rüttenin ABŞ-nin İrana qarşı hərbi təcavüzünə dəstək olaraq Avropa bazalarından 5000 uçuşun həyata keçirildiyini etiraf etməsi Avropanın da hücum infrastrukturunun bir hissəsi olduğunu göstərib.
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkə hesabında yazıb.
“Öz ərazilərini ABŞ-nin ixtiyarına verən dövlətlər məsuliyyətdən boyun qaçıra bilməzlər. Bu iştirak cavabsız qalmayacaq”, o bildirib.
Report.