Sumqayıtda baş verən qəzada bir nəfər ölüb

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub, nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Report.