Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.
Müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Qərar Xəzər dənizi sahilində təlim-döyüş tapşırığını yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar qəbul olunub.
Bu gün Manqistau vilayətində təlimlər zamanı havanın kəskin pisləşməsi səbəbindən 19 hərbi qulluqçunu dənizdə axın aparıb.9 hərbi qulluqçu həlak olub, üç nəfər xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.