Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olundu

Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olundu

Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olunub. 

Bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb. 

“Sentyabrın 25-dən etibarən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə Ermənistana təbii qaz tədarükü bərpa olunub”, – məlumatda deyilir.

Xatırladaq ki, Ermənistana təbii qaz tədarükü Rusiya ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı profilaktik və təmir işləri ilə əlaqədar sentyabrın 15-də müvəqqəti dayandırılmışdı.

Qafqazinfo.