Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Tədbirdə türk dövlətlərinin investisiya təşviqi qurumları arasında əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslər və regional investisiya imkanları müzakirə olunub.

Sessiyada İqtisadiyyat Nazirliyinin tabeliyində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Türkiyənin Strategiya və korporativ planlaşdırma bölməsinin rəhbəri Samet Akyüz, İnvestisiya mühiti bölməsinin rəhbəri Hakan Araz, “Kazakh Invest” şirkətinin idarə heyətinin sədri Sultanqali Kinjakulov, Özbəkistan İnvestisiya Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Roksana Nesor və Qırğızıstan İnvestisiya Agentliyinin direktoru Ravşanbek Sabirov iştirak ediblər.

Panel iştirakçıları Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi çərçivəsində üzv ölkələrin investisiya təşviqi qurumları arasında institusional əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, birgə investisiya təşəbbüslərinin irəli sürülməsi və ortaq imkanların təşviqi barədə fikirlərini bölüşüblər.

Report.