Kürdəmirdə açıq ərazidə yanğın başlayıb

Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb.

Hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının ərazisi genişlənib.

Məlumata görə, yanğın zamanı təqribən 10 hektardan böyük ərazidə quru otlaq sahəsi ağaclar yanıb.

Hazırda əraziyə FHN-nin Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Report.