Rusiya istehsal pozuntularının aradan qaldırılmasını təsdiqləyən heç bir təsdiqedici sənəd təqdim edilmədiyi üçün Ermənistan balığı və süd məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxlayıb.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor” – red) açıqlamasında bildirilib.
“Rosselxoznadzor”a Ermənistan tərəfinin balıq və süd məhsulları istehsalında yol verdiyi pozuntuların aradan qaldırılmasını təsdiqləyən sənədlər təqdim edilməyib. Ermənistanın yoxlama orqanından yalnız zəmanət və ərizələr daxil olub. Bu, məhdudiyyətlərin aradan qaldırılması üçün kifayət deyil. Bu barədə məlumat Ermənistan tərəfinə göndərilib”, – məlumatda deyilir.
Report.