İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib

Tehran Hörmüz boğazından naviqasiyanı bərpası üçün ABŞ-yə Qətər vasitəsilə yeddi günlük plan təqdim edib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“İran Qətər vasitəsilə ABŞ-yə yeddi günlük dəqiq plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal naviqasiya bərpa olunacaq. Seçim ABŞ-nindir”, – o, jurnalistlərə deyib.

İranın planının yeddi günlük müddəti ABŞ tərəfindən qəbul edildikdən sonra başlayır. Əraqçi qeyd edib ki, yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq.

Report.