İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində 3 sənəd imzalayıb.
Bunlardan biri Ağdam quşçuluq layihəsi ilə bağlıdır. Sənədi Fondun İdarə Heyətinin sədri Ülvi Mənsurov, “PAŞA Holdinq” MMX-yə məxsus “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbayov, Çexiyanın “AGROFERT, a.s.” şirkətinin İdarə Heyəti sədrinin müavini Petr Čingr və İdarə Heyətinin üzvü Libor Nemeček imzalayıb.
Bundan başqa, Ü.Mansurov baytarlıq vaksinlərinin istehsalı layihəsi ilə bağlı Türkiyənin “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLƏRİ A.Ş.” şirkətinin direktoru Abdullah Tutak birlikdə sənədə imza atıb.