Ələt Azad İqtisadi Zonasının investorlar üçün ən cəlbedici tərəfi onun unikal qanunvericilik bazasıdır.
Bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində panel müzakirədə bildirib.
“Digər ölkələrdə azad iqtisadi zonalar çox vaxt ölkənin standart qanunları çərçivəsində yaradılır, yəni bir çox milli qanunlar hələ də tətbiq olunur. Bizidə isə Parlamentin qəbul etdiyi, Prezidentin üstün qanun kimi imzaladığı “Azad İqtisadi Zona haqqında” qanun var. Bu o deməkdir ki, bu qanunda xüsusi olaraq qeyd olunmayan hər hansı qanun iqtisadi zonanın ərazisində və yaxud onun subyektlərinə tətbiq olunmur. Yalnız üç növ milli qanun qeyd olunub: cinayətkarlıqla bağlı qanunlar və çirkli pulların yuyulmasının qarşısının alınması haqqında qanunlar”, – deyə o qeyd edib.