BMT-dəki köhnə kreslolar gündəm oldu – Foto

BMT-dəki köhnə kreslolar gündəm oldu  – Foto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahındakı köhnəlmiş kresloların vəziyyəti dünya mətbuatında əsas müzakirə mövzularından birinə çevrilib.

Müzakirələr Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müavini Sergey Kislitsanın “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşdığı foto ilə başlayıb.

O, təşkilatın 1 nömrəli iclas zalında çəkdiyi fotonu paylaşaraq kresloların görünüşünü təşkilatın hazırkı vəziyyəti ilə müqayisə edib.

Kislitsa BMT-nin əvvəlki rolunu itirdiyini və köklü dəyişikliyə ehtiyac duyduğunu bəyan edib: “O köhnəlib, özünü itirib və dərin yenidənqurmaya ehtiyac duyur. Bəziləri deyir ki, o öz köklərinə qayıtmalıdır. BMT Stalin, Ruzvelt və Çörçill tərəfindən Yaltada səpilmiş toxumlardan əmələ gəlib və artıq sülhün dayağı deyil”.

O həmçinin təşkilatın növbəti Baş katibinin də vəziyyəti dəyişə biləcəyinə şübhə ilə yanaşdığını deyib.

Qafqazinfo.