İranda Savə – Həmədan köhnə avtomagistralında “Peugeot” və “Pride” markalı iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb.
Bu barədə Savə Səhiyyə İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samanə Qasemi bildirib.
Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb.
Hadisənin səbəbi yol polisi tərəfindən araşdırılır.
Report.