“27 il keçməsinə baxmayaraq, bələdiyyələrin xəritələri hələ də verilməyib.”
Bunu deputat Siyavuş Novruzov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.
“Bildiyiniz kimi, Prezident tərəfindən böyük bir müşavirə keçirildi. Bildirildi ki, qeyri-neft sektorundan başqa, dağ-mədən, sənaye sahələrinin istismarı nəzərdə tutulub. Onlar da bələdiyyələrin ərazilərinə düşür.
Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq, lakin 27 ildir hələ də bələdiyyələrin mükliyyətinin xəritələri təqdim olunmayıb”, – deputat qeyd edib.
Daxilqızı
Qafqazinfo.