Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

Bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib.

1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Qeyd edək ki, oxşar hadisə sentyabrın 28-də rayonun Rustov kəndində də qeydə alınmışdı.

Qafqazinfo.