Filarmoniya parkında meyit tapıldı

Filarmoniya parkında meyit tapıldı

Bakının mərkəzindəki parkdan meyit tapılıb.

Hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10-da yerləşən Filarmoniya parkında qeydə alınıb.

Üzərində zorakılıq əlamətləri görünməyən meyit Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə məxsus olub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.