“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi müzakirəyə çıxarılıb.
Sənəd Milli Məclisin bu gün keçirilən iclasında ikinci səsvermədə qəbul edilib.
Qeyd edək ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə 6 ay sonra baş tutur. Qanunlar 95 səs çoxluğu ilə qəbul edilməlidir. Sənəd hər iki səsvermədən sonra imzalanmaq üçün Azərbaycan Prezidentinə göndərilir.
Daxilqızı