Mühacirani: İran ABŞ-dən dialoqun bərpası ilə bağlı təkliflər alıb

Mühacirani: İran ABŞ-dən dialoqun bərpası ilə bağlı təkliflər alıb

İranın xarici işlər naziri Abbas Əraqçi hökumətin iclasında Nyu-Yorka son səfərinin yekunları üzrə ABŞ-nin təkliflərini təqdim edib.

Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani sosial şəbəkələrdə bildirib.

“Hökumətin bugünkü iclasında xarici işlər nazirinin Nyu-Yorka səfəri və keçirilən silsilə görüşlər, o cümlədən Hörmüz boğazının açılması üçün İranın şərtlərinin vasitəçilər tərəfindən ABŞ-yə çatdırılması barədə hesabatı təqdim olunub. Həmçinin XİN başçısı ABŞ-dən təklif alındığını bildirib”, – o yazıb.

Hökumət rəsmisinin sözlərinə görə, İran tərəfi bu məsələdə öz xalqının maraqlarına sadiq qalacaq.

Report.