Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Qusarda 26, Qubada 21, Lerikdə 8, Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala, Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Lənkəran, Zərdab, Oğuz, Şəki, Xaltan, Göygöl, Daşkəsən, Füzulidə 4, İsmayıllı, Şahdağ, Tovuzda 3, Astara, Biləsuvar, Mingəçevir, Şabran, Şahbuzda 2, Xızı, Beyləqan, Sabirabad, İmişli, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naftalan, Ordubad, Culfa, Naxçıvan, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.