Kürdəmir rayonunda daha bir nəfəri ildırım vuraraq öldürüb.
Hadisə sentyabrın 29-u saat 17 radələrində rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Calalov Baba Habil oğlunu ildırım vurub. O, hadisə yerində ölüb.
Qeyd edək ki, dünən rayonun Şıxımlı kəndində 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otararkən onu ildırım vurub. O da hadisə yerində ölüb
Qafqazinfo.