Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zamanı eyni masada yanaşı əyləşərək söhbətləşiblər.
Qeyd edək ki, İlham Əliyev və Paşinyan sonuncu dəfə sentyabrın 30-da Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində görüşüblər.
