Polis Ermənistanda insan alveri ilə məşğul olan əcnəbiləri saxlayıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Kriminal Polis Baş İdarəsinə əcnəbi vətəndaşın Ermənistanda insan alveri ilə məşğul olması barədə məlumat daxil olub. Polislar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediblər ki, 30 yaşlı kişi özünü müxtəlif adlarla təqdim edərək həmyerlisi olan qadınları aldadaraq Ermənistana aparıb.
Daha sonra o, qadınların pasportlarını alaraq onları Kotayk vilayətinin Arinc kəndindəki malikanələrdən birinə aparıb və ayrı-ayrı otaqlarda təcrid edib. Daha sonra onların müdafiəsiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və hədələmə yolu ilə onları öz həmvətənləri ilə cinsi əlaqəyə girməyə məcbur edib.
Report.