Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər – Foto

Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər  – Foto

“Xalq şairi Nəriman Həsənzadənin adından belə bir səhifə açılıb. Həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir”.

Bu sözləri Azərbaycan Yazıçılar birliyinin mətbuat katibi Xəyat Rza sosial şəbəkə hesabında yazıb.

“Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!”, – deyə o paylaşımında qeyd edib.

Xatırladaq ki, N.Həsənzadə bu il avqustun 1-i vəfat edib.

Qafqazinfo.