İstanbulda 2 nəfərin ölümünə səbəb olan bina çöküntüsü ilə bağlı memar və tikinti rəhbəri saxlanılıb

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hələlik binanın çökmə səbəbi məlum deyil. İstintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çökməsi nəticəsində 2 nəfər həyatını itirib. Hadisə nəticəsində 10 nəfər xilas edilib, 2 nəfərin isə dağıntılar altında axtarışları davam etdirilir.

Report.