Motosikletlə skuter toqquşdu – Xəsarət alanlar var

Motosikletlə skuter toqquşdu  – Xəsarət alanlar var

Naxçıvanda motosikletlə skuter toqquşub.

Hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər  – Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Qafqazinfo.