Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü

Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü

Kürdəmirdə 51 yaşlı kişi ildırım vurması nəticəsində ölüb.

Hadisə rayonun Şıxımlı kəndində baş verib.

Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.

O, hadisə nəticəsində həyatını itirib.

Yunis Quliyev

Qafqazinfo.