Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı “Azerbaijan International Mining Company Limited” MMC olub.

Şirkətin qeyd olunan dövrdə məhsul ixracı 245,7 milyon ABŞ dolları (il ərzində artım 3,29 dəfə və ya 171 milyon ABŞ dolları) təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 697,1 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (299,43 milyon ABŞ dolları) ilə müqayisədə 2,33 dəfə və ya 397,67 milyon ABŞ dolları çoxdur.

Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:

Şirkət

2026-cı ilin 8 ayında ixracın həcmi (milyon ABŞ dolları)

2025-ci ilin 8 ayında ixracın həcmi (milyon ABŞ dolları)

Faiz fərqi

“Azerbaijan International Mining Company” MMC

245,7

74,7

3,29 dəfə

“Prime Cotton” MMC

102,9

84

22,5 %

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC

90,9

39,3

2,31 dəfə

“Baku Steel Company” QSC

54

41,3

30,75 %

“Prime Export” MMC

43,9

0

–

“Tabaterra” MMC

40,6

23

76,52 %

“West Stream” MMC

32,3

0

–

“Agrarco” MMC

31

10,4

2,98 dəfə

“Silk Way Airlines” MMC

28,5

0,03

950 dəfə

“P-Aqro” MMC

27,3

26,7

2,25 %

Report.