Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

Türkiyənin Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Report.