Beyləqan rayonunun Daşburun qəsəbəsində elektrik yarımstansiyasında partlayışla müşayiət olunan yanğın baş verib.
Məlumata görə, hadisə nəticəsində bir neçə yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ziya Əmirxanlı
Qafqazinfo.

