Cəlilabadda salatdan zəhərlənmə – 10 nəfər xəstəxanalıq oldu

Cəlilabadda salatdan zəhərlənmə  – 10 nəfər xəstəxanalıq oldu

Cəlilabad rayonunda zəhərlənmə olub.

Bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.

Belə ki, Biləsuvar rayonunda əsgər yola salma qonaqlığında iştirak edən ailə evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Surxay Şahbazov

Qafqazinfo.