Yeni başçı kollektivə təqdim olundu

Yeni başçı kollektivə təqdim olundu

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Məmmədiyə Məmmədov Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

M.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Məmmədiyə Süleyman oğlu Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.