Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu – Kral o posta qadın təyin etdi

Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu  – Kral o posta qadın təyin etdi

Fas Kralı VI Məhəmməd Fatimə Zəhra əl-Mənsurini ölkənin baş naziri təyin edib.

Bununla da 50 yaşlı əl-Mənsuri Fas tarixində bu vəzifəni tutan ilk qadın olub.

Kral Sarayının açıqlamasına görə, indiyədək şəhərsalma naziri və Mərakeşin meri vəzifələrini icra edən əl-Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.

Yeni baş nazirin koalisiya hökuməti formalaşdıracağı gözlənilir.

Əl-Mənsuri, həmçinin Tunisin keçmiş baş naziri Nəcla Budendən sonra ərəb dünyasında hökumət başçısı vəzifəsini tutan ikinci qadın olub.

Qafqazinfo.