Türkiyənin Zonquldak vilayətində üç mədən işçisinin olduğu avtomobil 100 metrlik dərəyə aşıb, ölən və yaralananlar var.
Qəzada 22 yaşlı Ahmet Erkan həyatını itirib.
Digər iki mədən işçisi xəstəxanaya yerləşdirilib. Onların uçuruma aşan avtomobildən özlərinin çıxdığı bildirilib. Ölən şəxsin meyiti isə ekspertiza üçün morqa aparılıb.
Report.